Hindistanın cənubunda güclü musson yağışlarının səbəb olduğu torpaq sürüşmələri və daşqınlar ölümlə nəticələnib.
Unikal.org xəbər verir ki, hadisə nəticəsində 26 nəfər həyatını itirib. İki nəfər isə itkin düşüb. Əraziyə xilasedici qüvvələr cəlb olunub.
Hindistan Meteorologiya Departamenti yağışların bu həftənin ortalarından etibarən azalmağa başlayacağını gözləyir.