Gənc qadın ailə münaqişəsi zəminində özünə qəsd edib.

Unikal.org-un məlumatına görə,hadisə Mingəçevir şəhərinin Günəşli yaşayış massivi ərazisində yerləşən fərdi təsərrüfatlardan birində  baş verib. Belə ki, 1996-cı il təvəllüdlü şəhər sakini Şükürova Şalə Nüfər qızı  kəsici vasitə ilə əl-qolunu doğrayaraq özünə qəsd edib.  Müxtəlif xəsarətlər alan yaralı xəstəxanaya yerləşdirilib.
Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı