Meksikanın Oaxaka vilayətində süd məhsulları fabrikinin sahibi Karlos Santiaqo Qomez  vəfat edib.  

Unikal.org xəbər verir ki, şəxsin cənazə mərasimi isə  xüsusilə diqqət  çəkib.  Belə ki,  Qomezin işçiləri  dəfn mərasimində atəşfəşanlıq keçiriblər. 

Musiqi, rəqs və atəşfəşanlıqla keçirilən cənazə maraqlı anlara səbəb  olub. Hətta  fabrik sahibinin  işçilərindən biri cənazədə pendir topu geyimi ilə rəqs edib.

İştirakçılar, Qomezin onun üçün belə bir cənazə mərasiminin təşkil edilməsindən çox məmnun olacağını bildirərək, əyləncələrinə  davam ediblər.  

Qeyd edək ki, Oaxacanın bəzi kəndlərində ölənlərin şərəfinə musiqi, atəşfəşanlıq və rəqslərlə cənazələr keçirilir.

Gülayə  Mecid