İspaniya "Barselona" klubu 19 yaşlı futbolçusu Ansu Fati ilə imzaladığı müqavilənin müddətini uzadıb.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

Məlumata görə, Fati ilə 6 illik yeni sözləşmə imzalanıb.

"Barselona" 2019-cu ildən komandada oynaysn gənc hücumçunun yeni təzminat məbləğinin 1 milyard avro olduğunu qeyd edib.