Bakının Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağında divan, kreslo və stol yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yüksək temperaturdan otağın lambirindən ibarət tavanı 4 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.