Antverpen matçında "Fənərbaxça" növbəti dəfə Məsut Özil böhranı yaşayıb.

Unikal.org xəbər verir ki,  buna səbəb Məsutun 66-cı dəqiqədə matçdan kənarlaşdırılması olub. Məsut əsəblərinə  hakim ola bilməyib. Belə ki, o, ağır söyüşlər söyərək kənara çıxıb. Ətrafda olan əşyalara təpik atıb.  Pereyranın köməkçiləri və klubun tərcüməçisi Məsutun bu hərəkətindən məəttəl qalıb.

Tərcüməçi Məsutu sakitləşdirməyə çalışıb. "Fənərbaxça" azarkeşləri Məsutun bu hərəkətini  sosial  media  hesabından qınayıb. 

Gülayə  Mecid