Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Bu barədə Unikal.org-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Polis əməkdaşlarının bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən “Xəzri” restoranının karantin qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.
Həmin obyekti icarə əsasında işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub