Lənkəran Ağır Cinayətlər Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Unikal.org-un məlumatına görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Sabiq icra başçısı Ceyhun Cəfərov 8 il 6 ay azadlıqdan məhrum edilib, 2 il 6 ay müddətinə vəzifə tutmaq qadağan olunub.
Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər- Tacəddin Novruzov 8 il 6 ay, Natiq Kərimov 8 il 6 ay, Emin Sadıqov 4 il, Eynulla Novruzov 8 il 3 ay, Məhəmməd Musayev 8 il 3 ay, Mətləb Allahverdiyev 8 il 3 ay , Rəcəb Hüseynov 8 il 3 ay, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib.
Hökmə əsasən, iş üzrə digər təqsirləndirilən Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması, 2000 manat cərimə, 1 il 6 ay müddətinə vəzifə tutmaqdan məhrum edilib.