“Palmeyras”ın yarımmüdafiəçisi Felipe Melonun karyerasını yenidən Türkiyədə davam etdirməsi gözlənilir.
Unikal.org xəbər verir ki, 38 yaşlı braziliyalı sabiq komandası “Qalatasaray”a qayıtmaq üzrədir.
Braziliya mətbuatı yanvarın 1-də azad agent statusu daşıyacaq Melonun qış fasiləsində “cim-bom”a dönəcəyini yazıb. Futbolçunun meneceri Leo Kornakinin İstanbula yollanaraq “Qalatasaray”ın bazasını gəzməsi və oradan şəkil paylaşması tərəflər arasında razılıq əldə olunmasına işarədir. Melonun hətta “sarı-qırmızılılar”da yenidən 10 nömrəli formanı geyinəcəyi vurğulanıb.
Qeyd edək ki, Felipe Melo 2011-2015-ci illərdə “Qalatasaray”ın şərəfini qoruyub.