"Apple" brendi ardıcıl doqquz ildir ki, dünyanın ən qiymətli brendi olaraq qalır.
Unikal.org xəbər verir ki, brendin qiyməti ötən il ərzində 26 faiz artaraq 408,25 milyard dolları ötüb.
İkinci yerdə 24 faiz (249,25 milyard dollara qədər) bahalaşan "Amazon" brendi, üçüncü yerdə 27 faiz bahalaşan "Microsoft" (210,2 milyard dollar), dördüncü yerdə qiyməti 19 faiz (196,8 milyard dollara qədər) qalxan "Google" brendi qalıb.
Reytinqdə ən nəzərəçarpacaq yüksəlişi "Tesla" brendi nümayiş etdirib: onun dəyəri demək olar ki, üç dəfə artlb (184 faiz, 36,27 milyard dollara qədər), nəticədə o, 26-cı yerdən 14-cü mövqeyə yüksəlib.