Rusiyanın Tuva muxtar respublikasında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Unikal.org Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Moskva vaxtı ilə 02.03-də baş verən zəlzələ 5,6 gücündə qiymətləndirilib.
Təbiət hadisəsinin episentri Çadan şəhərindən 7 kilometr aralıda, Dzun-Xemçik bölgəsində yerləşib.
İlkin olaraq 5,1 bal gücündə olduğu açıqlanan seysmik hadisənin episentrində intensivlik 6,3 bal olub.
İtkilər və dağıntılar barədə məlumat verilməyib.