Türkiyənin Qaziantep ərazisində Yılmazlar ailəsində bədbəxt hadisə yaşanıb.
Unikal.org xəbər verir ki, Mehmet Yılmaz 1,5 aylıq körpəsinə yumruq zərbəsi endirib. Buna səbəb körpə qızın yeməkdən imtina etməsi olub. Belə ki, zərbənin təsirindən huşunu itirən E.Yılmaz xəstəxanya aparılıb. 4 gün komada qalan E.Y bu gün həyatını itirib.
Ata isə polis tərəfindən nəzarətə alınıb. O,qızını yemək yeməsi üçün qorxutmaq istədiyini bildirib. Onun barəsində cinayət işi açılıb. Fakta bağlı araşdırma aparılır.