Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Unikal.org xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun Stansiya yaşayış massivinin yaxınlığından keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Gornaboy rayonunun Əlirzalı kənd sakini, 1988-ci il təvəllüdlü Abbasov Elvin Eldar oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.