Ötən axşam Biləsuvar rayonunun Amankənd kəndində yerləşən çayxanada həmkəndlilər arasında mübahisə yaranıb.
Unikal.org xəbər verir ki, sonradan çayxanadan çıxıb evə getdikləri zaman Qoşqar Orucov bıçaqla 4 həmkəndlisinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Nəticədə 1995-ci il təvəllüdlü Ərəstun Şahmarovun xəsarəti yüngül olsa da, digər 3 nəfər - 1989-cu il təvəllüdlü Sənan Yəhyayev, 1990-cı il təvəllüdlü İsa Abbasov, 1992-ci il təvəllüdlü Tural Yəhyalı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.