Kolumbiya polisi hərbçilərlə birlikdə “Körfəz Kralı” cinayətkar dəstəsinin başçısı “Otoniel” ləqəbli Dairo Usuqu saxlayıb.
Unikal.org xəbər verir ki, bu barədə “El Tiempo” nəşri məlumat yayıb.
Əməliyyat Kolumbiyanın şimal-qərbindəki Nekokli bələdiyyəsində keçirilib.
Qeyd edək ki, “Körfəz Kralı” Kolumbiyada narkotik ticarəti ilə məşğul olan ən böyük cinayət təşkilatıdır. Usuq ölkədə ən çox axtarılan cinayətkar sayılırdı.