Oktyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.
Unikal.org xəbər verir ki, turun ikinci oyun gününün yeganə matçında "Keşlə" klubu "Qəbələ"ni qəbul edib.
Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran "Qəbələ" 3-cü pillədə qalıb. Paytaxt klubu isə 7 xalla 6-cı sıradadır.
Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" isə "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 25-də "Səbail" - "Qarabağ" matçı ilə yekun vurulacaq.