Göygöl rayonunda oğurluq hadisəsi olub.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Zurnabad kənd sakini R.Məmmədov saxlanılıb.