İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi DÇ-2022-nin siması olacaq.
Unikal.org “The Sun” qəzetinə istinadən xəbər verir ki, Devid Bekhem Qətərdə keçiriləcək turnirin Təşkilat Komitəsi ilə bağladığı 10 illik müqaviləyə əsasən ilə 15 milyon funt sterlinq qazanacaq. 46 yaşlı veteran futbolçu bu ay dünya çempionatı üçün inşa edilən və tikilməkdə olan stadionlarla tanış olmaq və hakim dairələrin rəhbərləri ilə görüşmək məqsədilə Asiya ölkəsinə gəlib.
Ona mundial zamanı LGBT üzvləri də daxil olmaqla bütün azarkeşlərin təhlükəsizliyinin tamamilə təmin olunacağı, həmçinin Qətər parlamentindəki qadın millət vəkillərinin sayının artacağı bildirilib.