Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu baş məşqçi Çeslav Mixneviçlə yollarını ayırıb.

Unikal.org Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Onu bu vəzifədə Marel Qolebievski əvəz edəcək.