Lənkəran rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Vilvan kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini Kazımov Hüseyn Rəşad oğluna müalicə məqsədilə iynə (“prob” - Red) vurulub.
Bir qədər sonra uşağın halı pisləşib və o şoka düşüb. Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.