Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Unikal.org xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda IV turda Maltanı qəbul edib.

"ASK Arena"dakı qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində qolları 57-ci dəqiqədə Dorianne Teuma və 86-cı dəqiqədə Emma Şereb vurub. Azərbaycan millisinin heyətində isə 90-cı dəqiqədə Vüsalə Seyfəddinova fərqlənib.

4 oyundan sonra xalsız olan Azərbaycan yığması sonuncu - 6-cı pillədə qərarlaşıb. Malta isə 4 xalla 4-cü sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını noyabrın 25-də Bakıda Rusiya yığmasına qarşı keçirəcək.