Dünən axşam saatlarında Türkiyənin Karatay rayonu, Erenler məhəlləsinin Sebil küçəsində qətl hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, qətlin törədilməsinə Ahmed adlı şəxsin avtomobilinin czılması olub.
Bildirilib ki, avtomobilindəki cızıqları görən 32 yaşlı şəxs qapıçı Adem Topbaşa zəng edib. Bundan sonra bir-birini günahlandıran 2 şəxs arasında mübahisə başlayıb.
Qısa müddətdə bıçaqlı davaya çevrilən mübahisədən sonra, avtomobil sahibi Adem Topbaşı bıçaqlayıb. Ahmed hadisə yerində həbs edilsə də, T.Adem həkim müdaxiləsinə baxmayaraq xəstəxanada ölüb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Ağarza Elçinoğlu