Ağdaşda 15 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə Ağdaş rayonu ərazisində yaşayan Şuşalı məcburi köçkün ailəsinin evində baş verib. Hələ ki, məlum olmayan səbəbdən 2006-cı il təvəllüdlü Həsənzadə Yaqut Münasib qızı sirkə turşusu içib.

Hadisədən zamanında xəbərdar tutan doğmaları onu təcili xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı