Şahdağ Futbol Klubunun sabiq Prezidenti Niftiyev Ərəstun Nühbala oğlu barəsində Qusar Rayon Polis şöbəsində cinayət işi açılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilib. İşə hakim Adil Vəliyevin sədrliyi ilə baxılacaq.
Ərəstun Niftiyevə Cinyət Məcəlləsinin 188.1-ci maddəsi ilə (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma) ittiham elan edilib.
Cinayət işində Qusar rayonunun Qusar bələdiyyəsi zərəçəkmiş şəxs qismində tanınıb.
Xəbəri Baş Prokurorluğun Mətbuat xidmətindən Unikal.org-a təsdiqləyiblər.
Murad İbrahimli