İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Xari Ernandes Kataloniya təmsilçisinin baş məşqçisi ola bilər.
Unikal.org xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano tviterdə yazıb.
Onun sözlərinə görə, 41 yaşlı mütəxəssis Ronald Kumanın istefasından sonra bu posta əsas namizəd olub. Klub rəhbərliyi artıq Xavi ilə əlaqə də saxlayıb.
Bundan əlavə, Belçika millisinin baş məşqçisi Roberto Martines də namizədlər arasındadır.
Qeyd edək ki, Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib.