Mart ayına qədər türk valyutası ucuzlaşaraq 1 dollar = 11 lirə səviyyəsinə düşəcək.

Unikal.org xəbər verir ki, bunu "Commerzbank"-ın analitiki Taxa Qxos bildirib.

O, Mərkəzi Bankın "pul siyasətində təhlükəli eksperiment" çərçivəsində faiz dərəcələrini daha da aşağı salmağı planlaşdırdığı əsas gətirib.

Bazar ertəsi türk lirəsi dollarla müqyisədə rekord həddə ucuzlaşıb - 9,85. Beləliklə, builki itkilər təxminən 25 faizə çatıb.

Qeyd edək ki, cümə axşamı 1 dolların məzənnəsi 9,52 lirə olub.