Abşeron rayonu, Xırdalan şəhərində bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar evin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Əfəndiyev Nofəl Ağamala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.