Masallının Banbaşı kəndində ümumi sahəsi 320 m² olan (hər mərtəbəsi 160 m²) ikimərtəbəli evin ikinci mərtəbəsində hamam otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.