Bakı şəhərinin Nərimanov rayonunda (Aşıq Molla Cümə küçəsi) bir nəfər intihara təşəbbüs edib.
Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub.
Xilasedicilərin müdaxiləsi nəticəsində vətəndaş son anda xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.