Aprel ayından bəri bir yerdə görünməyən ABŞ-ın keçmiş prezidenti Donald Tramp və xanımı Melaniya Trampın boşanmalarına dair iddialar böyük səs-küyə səbəb olub.

Unikal.org xəbər verir  ki, ABŞ-da keçirilən beysbol oyununda qeydə alınan kadrlar boşanma şayiələrini təkzib etsə də, keçmiş birinci xanımın üzünün ifadəsi diqqət çəkib.  

Belə ki, insanlarla salamlaşan 51  yaşlı Melaniyanın daha sonra üzünün  turşutması jurnalistlərin obyektindən yan  keçməyib.  Həmin anlar  sosial mediada  gündəm yaradıb. 

 Gülayə  Mecid