Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə özünü QHT rəhbəri kimi təqdim edərək nömrəsiz maşınla şirkətlərə gedib məcburi pul tələb edən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Unikal.org-a bildirilib ki, məlumatla bağlı araşdırma aparılır.
“Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - Mətbuat Xidmətindən bildirilib.