Azərbaycan Cüdo Federasiyasında növbədənkənar hesabat-seçki konfransı keçirilib.
Unikal.org-un məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Növbədənkənar seçkidə federasiya rəhbərliyi dəyişib. Rövnəq Abdullayevi rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əvəzləyib.
Tədbirdə Rövnəq Abdullayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Rəşad Nəbiyev və gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.
Qeyd edək ki, Rövnəq Abdullayev 2015-ci ildən Azərbaycan Cüdo Federasiyasının rəhbəri olub.