Serbiyanın paytaxtı Belqradda keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında iştirak edəcək Azərbaycanın sərbəst güləş yığmasının heyəti açıqlanıb.
Federasiyadan Unikal.org-a verilən məlumata görə, məsul yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və İslam İlyasov (97 kq) təmsil edəcək.
Qeyd edək ki, noyabrın 4-də bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Rzazadə, Z.Bayramov, Yevloyev, Aşırov və İlyasov qüvvələrini sınayacaqlar. Ayın 6-da isə Vəlizadə, T.Byaramov, Abakarov vəNurməhəmmədov mübarizəyə qoşulacaq.