FIFA-nın İntizam Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) cərimələyib.
Unikal.org xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytında məlumat yayılıb.
2022-ci il dünya çempionatının seçmə oyunu zamanı Azərbaycan-Portuqaliya matçında təhlükəsizlik qaydalarının pozulması AFFA-nın cərimələnməsinə səbəb olub.
AFFA 5 000 İsveçrə frankı məbləğində cərimələnib.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçirilən oyunun sonlarına yaxın 4 nəfər azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər.