Argentinanın “Ferro de Piko” klubunun baş məşqçisi Maurisio Romero komandasının “Las Eras de Mendosa” klubuna qarşı keçirdiyi matç zamanı güllə yarası alıb.

Unikal.org xəbər verir ki, oyunun 79-cu dəqiqəsində, qarşılaşmada rəqibin 3:1 öndə olduğu zaman məşqçiyə odlu silahdan atəş açılıb. Hakimlər və futbolçular qaçaraq meydançanı tərk ediblər.

Məlumata görə, güllə Romeronun çiyninə dəyib. Ona ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Hazırda futbol mütəxəssisinin səhhətinin qənaətbəxş olduğu deyilir.

Cinayətkarın kimliyi isə açıqlanmır.