Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində 15 nəfər ölüb, 34 nəfər yaralanıb.

Unikal.org “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “Taliban” hökumətinin təhlükəsizlik xidmətinin nümayəndəsi bildirib.

***12:57

Əfqanıstanın paytaxtı Kabildə hospitalın yaxınlığında partlayış olub.

Unikal.org haberglobal.com-a  istinadən xəbər verir  ki , partlayışı intiharçı-terrorçu törətdiyi bildirilir. 

Partlayışdan sonra atəş səsləri eşidilib.