UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda "Kayrat" və "Qarabağ" komandaları arasında keçiriləcək oyunun hakimləri bəlli olub.
Unikal.org-un məlumatına görə, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb.
Referi Dumitri Muntyana Andrey Bodyan və Viktor Mardari laynsmanlar qismində kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Vyaceslav Banari yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.