Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Unikal.org xəbər verir ki, 55 kq-da mübarizə aparan idmançı ABŞ təmsilçisi Teylor La Montla üz-üzə gəlib.
Rəqibini 9:0 hesabı ilə məğlub edən Quluzadə dünya üçüncüsü olub və Azərbaycana bu yarışda ilk medalı qazandırıb.