Dünyaca məşhur futbolçu Lionel Messi Mayamidəki lüks mənzilini satışa çıxarıb.
Unikal.org xəbər verir ki, okean mənzərəli binada hətta şəxsi avtomobil lifti belə var. Futbolçunun 2015-ci ildən aldığı bu mənzildən istifadə etmədiyi bildirilib.
Messi sözügedən evi 7 milyon dollara satışa çıxarıb. 300 kvadratmetrlik mənzildə 4 yataq, 5 vanna otağı, hovuz, idman zalı və kinoteatr var.
Ümumilikdə mənzilin yerləşdiyi 51 mərtəbəli binada virtual oyun otağı, salon və özəl restoran fəaliyyət göstərir.
Qeyd edək ki, Messi ötən ilin aprelində bu mənzilin yanında 7,3 milyon dollara daha bir lüks ev alıb.