"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Unikal.org xəbər verir ki, komandamız H qrupundakı 4-cü sınağında Qazaxıstanda "Kayrat"ın qonağı olub. Almatı şəhərindəki "Ortalık" stadionunda oynanılan qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə Bakıda olduğu kimi, səfərdə də "Kayrat"a 2:1 hesabı ilə qalib gələn "Qarabağ" xallarını 10-a çatdırıraq liderliyə yüksəlib.