Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında növbəti qolunu vurub.
Unikal.org xəbər verir ki, 24 yaşlı hücumçu evdə İtaliya "Napoli"sinə qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup oyununda fərqlənib.
O, görüşün 11-ci dəqiqəsində topu rəqib qapısından keçirməklə hesabı açıb.
Qeyd edək ki, bu, Emrelinin Varşava təmsilçisində 11-ci qolu olub.