Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində “Memar Əcəmi” metrosu yaxınlığında qeydə alınıb. Belə ki, 7 müxtəlif markalı avtomobil toqquşub. Avtomobillərə ciddi ziyan dəysə də xəsarət alanın olmadığı bildirilir. Qəzaya avtomobillərin yüksək sürətlə idarə edilməsinin səbəb olduğu qeyd olunur. Bir müddət  yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır. 

Gülayə Mecid

Foto: Turqut Sultan