İspaniya "Barselona"sının prezidenti Joan Laporta qış transfer pəncərəsindəki hədəflərini açıqlayıb.

Unikal.org xəbər verir ki, funksioner "TV3"ə açıqlamasında fasilədə 3 yeni futbolçu almaq istədiklərini bildirib.

Onun sözlərinə görə, artıq klub bu istiqamətdə işlərə başlayıb: "Serxio Aqueronun səhhətindəki problemə görə hazırda mərkəz hücumçusu axtarışındayıq. Digər mövqelərlə bağlı işlər isə yaxın günlərdə start götürəcək".

Laporta deyib ki, bütün transferlər yeni baş məşqçisi Xavi Ernandesin razılığı ilə həyata keçiriləcək.

Qeyd edək ki, "Barselona" 41 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonunadək müqavilə imzalayıb.