Azərbaycanın daha 3 sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayıb.

Unikal.org xəbər verir ki, 6-cı yarış günündə İntiqam Vəlizadə (61 kq), Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) qüvvəsini sınayıb. Abubakr Abakarov (86 kq) səhhəti ilə bağlı problem yarandığı üçün xalçaya çıxmayıb.

Vəlizadə ilk görüşündə Fransa təmsilçisi Arman Eloyana uduzub. Bayramov təsnifatda ukraynalı Vadim Kirilenkoya qalib gəlsə də, 1/8 finalda rusiyalı Çermen Valiyevlə bacarmayıb.

Nurməhəmmədov isə ardıcıl olaraq moldovalı Andrian Qrosul və almaniyalı Yohannes Mayer ilə dueldən qalib ayrılaraq, yarımfinala yüksəlib.