Rusiyanın Krasnoyarsk şəhərindəki futbol turniri zamanı 17 yaşlı oyunçuya silahla atəş açılıb.
Unikal.org xəbər verir ki, hadisə noyabrın 6-da "İzümrüd" idman kompleksində baş verib.
Qarşılaşma vaxtı futbolçuların atalarından biri rəqib komandaya qışqırmağa başlayıb.
Gənc oyunçu isə tənqidlərə reaksiya verərək 43 yaşlı azarkeşə yaxınlaşıb. Onların aralarında münaqişə yaranıb və idmançı travmatik tapança ilə çiynindən vurulub.
Yaralanan şəxs xəstəxanaya aparılıb. Polis hadisə ilə bağlı araşdırma aparır.