Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Unikal.org-un məlumatına görə, qəza aeroport yolunda qeydə alınıb. Belə ki, magistralda sürətlə hərəkət edən müxtəlif markalı 4 nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində minik vasitələrinə ziyan dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Bir müddət avtomobil yolunda tıxac yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra hərəkət bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.