Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Qımılqışlaq kənd sakini, 1996-cı il təvəllüdlü Qədirov Anar Qədir oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə, “Qaz 53” markalı avtomobil toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü və sərnişin - Qubanın Qırmızı qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nürəddinov Oruc Telman oğlu xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.