Tarixi qələbənin birinci ildönümü münasibətilə 8 Noyabr - Zəfər günündə Heydər Əliyev prospektində yerləşən Milli Hidrometeorologiya Xidmətinin binasının üzərində hazırda xüsusi işıqlandırma ilə dövlətimizin qüdrətinin atributu və qələbə rəmzimiz olan Azərbaycan bayrağı proyeksiya olunur.

Bu barədə  Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova məlumat verib.

Bildirilib ki, 9 Noyabr - Bayraq Günündə də Dövlət bayrağımız binanın üzərində dalğalanacaq. Sonrakı günlərdə isə gündəlik hava məlumatları əks olunacaq.