Dünyanın müxtəlif ölkələrindən olan sosial şəbəkə istifadəçiləri "Twitter"dəki nasazlıqdan şikayətləniblər.
Unikal.org xəbər verir ki, bu barədə məşhur internet resurslarının kəsilməsini izləyən "Downdetector" saytı məlumat yayıb.
Narazılıqlar ilk növbədə ABŞ və Böyük Britaniya, eləcə də Fransa, Kanada, Almaniya, İrlandiya, Niderland, İspaniya, Polşa, İtaliya və digər ölkələrdəki istifadəçilər tərəfindən daxil olub.
İstifadəçilərin əksəriyyəti saytın fəaliyyətindən şikayətlənib.
Bununla yanaşı, tətbiqin işində, şəbəkəyə qoşulmada və digər funksiyalarda problemlər də müşahidə olunub.