“Getdikcə daha aydın olur ki, hakimiyyət 44 günlük müharibənin məğlubiyyətində ordunun keçmiş liderləri adlandırılanları günahlandırmaq üçün əlindən gələni edir. Dünya tarixində görünməmiş bir hadisə ilə üzləşirik ki, siyasi rəhbərlik məğlubiyyətin bir nömrəli günahkarı olduğunu bəyan edərək hakimiyyətdən yapışıb, eyni zamanda məğlubiyyətin bütün günahını komandanlığın üzərinə atmaq istəyir",
Unikal.org xəbər verir ki, bu sözləri oğlu müharibədə həlak olmuş, “Ermənistan” fraksiyasının üzvü, deputat Geqam Nazaryan deyib. O, müharibədən sonrakı vəziyyətin arzuolunmaz olduğunu vurğulayıb.
"Ermənistan, daha doğrusu, bu gün Ermənistandakı hakim rejim dünyada analoqu olmayan bir yolla gedir. Siyasi rəhbərlik bir nömrəli məsulun hərbi deyil, siyasi olduğunu unudaraq, məğlubiyyətin günahını keçmiş hərbi hakimiyyətin üzərinə yıxmaq qərarına gəlib.
Bütün bunlar nə Robert Köçəryanın, nə də Serj Sarkisyanın hakimiyyəti dövründə deyil, Nikol Paşinyanın hakimiyyəti dövründə yaranıb. Nə qədər cinayət işi qaldırsan da, hüquq-mühafizə orqanları ilə müxalifətə təzyiq göstərməyə çalışsan da, xalqı aldatmağa çalışsan da, reallıq dəyişməyəcək. Reallıq isə budur ki, sizin əməlləriniz nəticəsində dörd mindən çox "erməni kişi"si öldü.
Şərəfdən, ləyaqətdən, danışırsınız, amma istefa verməyə, kresloları tərk etməyə belə gücünüz çatmır. Başa düşürəm ki, siz qorxu içində yaşayırsınız, amma qorxu içində yaşayıb, qorxu ilə idarə etməklə ölkəmizə hər gün məğlubiyyət gətirirsiniz".
Gülayə Mecid